Alma haqqında



Alma bitkisinin meyvəsi, meyvəçilikdə əsas yerlərdən birini tutur. Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

Alma şirəsi şirələrin bütün keyfiyyətinə malikdir. O aşağı kalorilidir, kifayət qədər dəmirə malikdir (bu isə o deməkdir ki, qanın az olması zamanı çox faydalıdır) və böyrək daşlarının təmizlənməsində çox möcüzəli təsirə malikdir. Alma şirəsi ağ ciyər problemləri olanlara, təkrarlanan bronxitlərə, həmçinin siqaret həvəskarlarına çox faydalıdır. Gündə yarım stəkan alma şirəsi nəfəs orqanlarının funksiyasını yaxşılaşdırır.Məhsuldarlıq, sevgi, sevinc, bilik, müdriklik, ilahiləşdirilmə və dəbdəbəni bildirir.Yunan əsatirlərində almanın yaradıcısı Dionis hesab olunur, hansıkı kı, onu Afroditaya vermiş və bu onun aşiqanə simvolizasiyasına səbəb olmuşdur.Zevsin Gera ilə nikahı zamanı,Geya ona alma bağışlamış, hansıkı məhsuldarlığı simvolizə edir.Qədim-skandinaviya ilahəsi İdunn almaları qoruyurdu, hansınınkı qida və ya şirə kimi istifadəsi, əbədi cavanlıq bəxş edirdi. Kelt dinində alma biliklərin ötürülməsi mənasını verirdi.Maraqlıdır ki, almanın təklif olunması – sevgisini etiraf etmək mənasını bildirir.Fin alimləri almanın müalicəvi dəyərlərini araşdırıblar. Onlar bu işlə nə az, nə çox, düz 25 il məşğul olublar.Sonda qərara gəliblər ki, bu meyvənin tərkibindəki flavanoidlər orqanizmdə azad radikalların yaranmasının qarşısını alır. Belə ki, hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır.

Almanın faydaları-

Almanın faydaları saymaqla bitmir. Hər gün bu meyvənin yeni-yeni faydaları üzə çıxır. Minlərlə faydası olan bu meyvəni ilin bütün fəsillərində yemək mümkündür. Almanı qabıqları ilə yemək məsləhətdir. Çünki əsas vitamin və minerallar meyvənin qabığındadır.Xolesterolu salır - orta ölçülü bir almada 4 qram lif var. Gündə iki alma xolesterolu 16 faiz aşağı sala bilər.
Tox tutar - Alma uzun müddət tox hiss etməyə kömək edir. Böyük alma 95, kiçiyi isə 60 kaloridir. Nəticədə bir alma ilə həm formanızı, həm də sağlamlığınızı asanlıqla qoruya bilərsiniz.
Tənəffüs problemləri ilə mübarizə - həftədə 5-6 alma (əlbəttə ki, qabıqla) tərkibindəki quercetin adlı antioksidan sayəsində ağciyərlərin funksiyasını artırır. Müntəzəm olaraq alma yeyən qadınların uşaqlarında astma riski çox aşağıdır.Qripə qarşı - alma içindəki C və E kimi vitaminlərlə bədənin immunitetini artırır. Orta ölçülü almada 8 mq. C vitamini var. Bu da gündəlik C vitamini təlabatının 12 faizi deməkdir.Diabet riskini azaldır - alma, armud kimi meyvələr 2-ci tip diabet riskini azaldır. Ümumiyyətlə, qırmızı meyvələr bu xəstəliklə mübarizə üçün çox faydalıdır.Beyni gücləndirir - alma sinir hücrələri arasındakı bağlantını gücləndirir, alzgeymer xəstəliyi riskini azaldır, yaddaşı gücləndirir.Xərçəng hüceyrələri ilə mübarizə - 2004-cü ildə Fransada aparılan araşdırma almanın tərkibindəki faydalı vitamin və mineralar sayəsində xərçəng hüceyrələri ilə mübarizə apardığını ortaya çıxarıb. Xüsusilə ağciyər, süd vəzi xərcəngi ilə.Qan təmizləyir - səhər-səhər ac qarına yeyiləndə qanı və bədəni toksinlərdə təmizləyir.Dişləri qoruyur- dişlənərək yeyiləndə dişləri təmizləyir və diş ətlərini gücləndirir.Yuxudan öncə yeyiləndə rahatladır və rahat yatmağa kömək edir.
Bədəni enerji ilə təmin edir, ürəyi qoruyur. Hər gün bir alma infarkt riskini 24 faiz azaldır