Haqqımızda



     Sağlam həyat tərzi sağlam qidalanmaqdan başlayır. Qidalanmanın düzgün rasionu hər bir yaşda vacibdir və mütəmadi olmalıdır. Günümüzdə tərkibində kimyəvi qatqılar olmayan, genetik modifikasiya olunmamış qida məhsulları demək olar ki, defisitə çevrilmişdir.

     2015-ci ildə fəaliyyətə başlayan Kəndli Mall; 9 kateqoriya üzrə 100-dən çox kənd təsərrüfatı mallarını habelə bilavasitə bu sahə ilə əlaqəli olan bir sıra xidmət və məhsulları geniş və zəngin çeşidi ilə Azərbaycanda təqdim etməkdədir.
     Hədəfimiz şəhər əhalisinin kənd məhsullarına çatmasını asanlaşdıraraq ölkəmizdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və istehlakına öz töhvəmizi verməkdir.Kəndli Mall olaraq sizlərə 100 % müştəri məmnuniyyətini təmin etmək hədəflərimizdən olub. Təbiətdən gələn saf, təmiz qida məhsullarını süfrələrinizə daşımağa hazırıq.Təqdim etdiyimiz müxtəlif adda kənd təsərrüfatı məhsullarını ölkəmizin bərəkətli, öz çeşidinə uyğun ixtisaslaşmış bölgələrindən tam səliqəli və gigiyenik şərtlərlə qablaşdıraraq ünvanınıza çatdırırıq.Məhsul çeşidlərimiz zaman-zaman sizlərin tələbatına uyğun olaraq zənginləşəcək və xidmət şəbəkəmiz daha da genişlənəcəkdir.
 
     Bizi seçdiyiniz üçün təşəkkür edirik!