Bal haqqında



Bal — arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida.

Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

Arılar təbii balı çiçəklərdən sızan şirin şirədən – nektardan hazırlayırlar. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir.

Bal yüksək kolori qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Balın ətri, dadı, rəngi, görünüşü və kristallaşması, balın alınmış olduğu bitkilərə görə fərqlənir.

Bal tez və ya gec(götürüldüyü çiçəkdən və saxlanmaq şəraitindən asılı olaraq ) qatılaşıb xarlanır. Balın kristallaşması (xarlanması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez (götürüldükdən 6 ay müddətində), qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlanır(bəzən hətta bir ildən gec). İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlanır. Xarlanmaq balın keyfiyyətinə təsir etmir.

Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

Bal arıların istehsal etdiyi təbii,müalicəvi bir məhsuldur. Arılar balı çiçəklərdən,bitkilərdən topladıqları şirələrdən-nektardan hasil edirlər. Nektar-bitki çiçəyinin vəziləri tərəfindən ayrılan şəkərli şirin maddədir. Nektarın tərkibində sadə şəkərlər – fruktoza və qlyukoza,habelə mürəkkəb şəkərlərdən saxaroza və az miqdarda maltoza,melibioza,rafinoza vardır. Nektarın tərkibində şəkərin miqdarı bitkinin növündən asılı olaraq 3%-dən 76%-ə qədər olur. Şəkərdən əlavə tərkibində az miqdarda zülallı maddələr,üzvi duzlar və mineral maddələr müvcuddur. Suyun tərkibi nektarda 40%-dən 90%-ə qədərdir. Bir kiloqram bal hasil etmək üçün arı iki min uçuş edir,yüz minlərlə-milyonlarla çiçəklərdən nektar toplayır. Arı balı sorarkən ona nektarı bala çevirməsi üçün vacib olan udlaq vəzilərinin şirəsi də qarışır. İşçi arı gətirdiyi nektarı pətəkdə başqa arılara verir,onlar isə həmin şirəni boş olan qovuqcuqların divarının yuxarısından asırlar. Burada nektarın tərkibindəki artıq su tezliklə buxarlanır. Əsas gəlir vaxtı pətəkdə olan buxarı oradan kənar etmək üçün yuvanın üstündə uçuş bacasında bir dəstə arı qənədlərini aramsız titrətməklə pətəyin havasını dəyişdirir.

Nektarın toplanması dövründə pətəkdə tənbəl və ilk görüşdə işsiz gözə çarpan şişkin qarınlı arılara təsadüf edilir. Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və yenidən yox olur. Onlar bu zaman ən mühim işlə məşğul olan cavan arılardır. Onların kimyəvi laboratoriya vəzifəsini görən çinədanlarında fermentlərin təsiri ilə saxarozanın qlyukoza və fruktozaya parçalanma prosesi gedir. Balın tərkibində qlyukoza çox olduqda xarlanma tezləşir. Buna misal olaraq günəbaxan və qarabaşaqdan alınan balı göstərmək olar. Fruktoza çox olduqda isə (ağ akasiyadan alınan balda) xarlanma ləng gedir.

 

Arılar bala turşuluq verirlər. Fermentlərin təsirindən qlyukozanın bir hissəsi qlyukonat turşusuna çevrilir. Buna görə də bal həmişə turş reaksiyaya malik olur. Nektarın dəfələrlə bir qovuqcuqdan başqasına köçürülməsi prosesində arının bal çinədanındakı xortumundakı udlaq vəzilərinin şirəsi ilə qarışması nəticəsində o,bala çevrilir və uzun müddət xarab olmadan qalır. Arılar onun üzərini nazik mum qapaqcıqları ilə örtürlər. Nektarın bala çevrilməsi prosesi bundan sonra da davam edir. Bal yetişir,ətirli olur və onun acı tamı çəkilir. Balın tərkibində 16%-dən 22%-ə qədər su,75%-ə qədər qlyukoza və fruktoza,3%-ə qədər saxaroza (qamış şəkəri) olur. Qalan tərkib hissələri isə zülallardan,üzvi turşulardan,fermentlərdən,vitaminlərdən,mineral,ətirli və boyayıcı maddələrdən ibarətdir.

Təbii bal 2 cür olur: çiçək balı və gəzəngi bal.

Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Bunlardan cökə, yonca, qaratikan, akasiya , günəbaxan, zeytun və s. çiçəklərdən götürülən bal yüksək keyfiyyətli, şabalıd, Dəfnə və s. bitkilərin balı isə aşağı keyfiyyətli hesab olunur.

Gəzəngi balı arılar təbiətdə quraqlıq vaxtı gəlir olmadıqda bəzi bitkilərin yarpaq və gövdələrinin, yaxud bitkilər üzərində olan həşəratın ifraz etdiyi şirin şirələrdən toplayırlar. Bu bal başqa bala nisbətən güclü bakteriosid (mikrob öldürən) təsirə malik olmaqla insan üçün qorxusuzdur. Dadına görə aşağı keyfiyyətlidir.

Bal əsasən mənşəyinə görə iki böyük qrupa bölünür. Bu qruplara monoflor (bir növ çiçəkdən: məs. cökə,akasiya və s.) və poliflor (müxtəlif çiçəklərdən: məsələn çəmənlik çiçəklərindən toplanmış) bal daxildir.

Balın növləri:

Cökə balı: Bu balı arılar cökə ağacının çiçəklərindən toplayırlar. Öz ətrinə və yaxşı dadına görə yüksək qiymətləndirilir. Cökə balı şəffaf yaxud açıq sarı rəngdə olur.

Akasiya balı: Akasiya balı olduqca şəffaf,ətirli və dadlı olur. Gec xarlanan və yüksək keyfiyyətli bal sayılır.

Günəbaxan balı: Rəngi tünd sarı,dadı xoşagələndir. Bu bal tez xarlanır.

Pambıq balı: Rəngi şəffaf olmaqla bərabər özünə məxsus tamı və ətri var. Tez xarlanır və xarladıqca rəngi ağarır,iri dənəcikli çöküntü verir.

Şabalıd balı: Arılar bu balı yeməli şabalıddan və atşabalıdının çiçəklərindən toplayır. Atşabalıdı çiçəklərindən toplanan bal rəngsiz – sulu,yeməli şabalıd çiçəyindən toplanan bal isə tutqun rəngli – çox duru və acı olduğuna görə ondan yalnız şirniyyət sənayəsində istifadə edilir.

Keyfləndirici,yaxud zəhərli bal: Bu balı arılar dağlarda xüsusi bitkilərdən toplayırlar. Belə balı yedikdə insana keyfləndirici təsir göstərir. Bəzən temperatur qalxır,ürək bulanması,təngnəfəslik və baş gicəllənməsi müşahidə olunur. Belə balı bir il saxladıqdan sonra onun zəhərliliyi itir və yemək üçün yararlı olur.

Gəzəngi bal: Təbiətdə gəlir olmadıqda arılar bəzi bitkilərin yarpaq və gövdələrinin,yaxud bitkilər üzərində olan, həşəratın ifraz etdiyi şirin şirələri toplayırlar ki,buna da gəzəngi bal deyilir. Gəzəngi bal başqa ballara nisbətən güclü bakterisid təsirə malik olmaqla insan üçün qorxusuzdur. Dadına görə aşağı keyfiyyətlidir. Gəzəngi balı arılar üçün zərərli olduğuna görə o,arıların qış yemi üçün yaramır.

 

Balın rənginin,ətrinin və dadının müxtəlifliyi onun hansı növ və hansı rəngdə çiçəklərdən toplanması ilə əlaqədardır. Balın rəngi tam şəffafdan tutmuş sarı,qonur,tutqun bənövşəyi və s. müxtəlif çalarlı olur.

Balın antibakterioloji tərkibə malik olması orqanizmdəki kiflənmənin və müxtəlif növ mikrobların məhvini təmin edir. Aparılan tibbi araşdırmalardan da belə sübuta yetirilmişdir ki, insanın xəstələnməsinə səbəb olan mikroblar balın nəticəsində ölərək öz təsirlərini itirmişlər. Bunu təsdiq edən digər faktorlardan biri də balın tərkibinin orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngin olmasıdır. Bu maddələr mikrobların çoxalıb artmasına əngəl törədir və onların təsir gücünü zəiflədir. Bunun da səbəbi balın tərkibində mikrobların qatili hesab olunan oksigenli suyun olmasıdır. Alimlər bu barədə sübuta yetirilmiş bir elmi həqiqəti kəşf etmək imkanını əldə etmişlər ki, bu da 50% təzə bal məhlulunun bütün növ bakteriaları öldürməsidir. Bu barədə danışarkən belə bir sual meydana çıxır: "Bal mikroblara qarşı necə müqavimət göstərir?" Bu sualı bir neçə məqama toxunmaqla da cavablandırmaq olar.

 

  1. Balın tərkibində arı turşusu mövcuddur. Bu da orqanizmdəki çürümənin və ya kiflənmənin birinci dərəcəli düşmənidir.
  2. Balın tərkibində mikrobların qatili hesab olunan oksigenli su mövcuddur.
  3. Balın tərkibinin 80%-ni qatılaşdırılmış şəkərlər tutur ki, bu da mikrobların inkişafına imkan vermir.
  4. Balın tərkibi orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngindir. Bu maddələr də ancaq arı məhsullarındandır. Bu cür maddələr süni yolla hazırlanmış balda mövcud deyildir.