Bizimlə Partnyorluq



"Kəndli Mall"-un əsas istiqaməti təbii,ekoloji təmiz kənd təsərrüfatı məhsullarını bilavasitə şəhər əhalisinə çatdırmaqdır.2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutub,kənd təsərrüfatının inkişafının güclənməsi,istehsalçı fermerlərlərlə həmçinin kəndlilərlə  istehlakçılar arasında olan münasibətin daha sıx və məsafəsiz olması,eyni zamanda şəhər əhalisinin ekoloji təmiz qidalardan istifadə etməsi,ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafı prioriteti,və daxili tələbata uyğun kənd əhalisinin yetişdirdiyi məhsulları satış üçün uyğun rəqabətli qiymətlə təqdim etməsi və bu yöndə satışı stimullaşdırmaq  üçün "Kəndli Mall"komandası olaraq ölkəmizə və müştərilərimizə öz töhvəmizi verməkdəyik.Belə ki kənd məhsullarının yetişdirilməsi üzrə bölgələrimizdə  müxtəlif kategoriya üzrə ixtisaslaşmış kənd əhalisi və ya fermerlər topdan satış üzrə bizə müraciət edə bilər.

Partnyorluqla bağlı müraciət və əlaqə rekvizitləri:

 

Tel:012-511-15-21